Prokurorluq orqanlarının vəzifəli şəxsləri cəzalandırıldı
25 İyun 2010 Cümə 20:35
Prokurorluğun bir əməkdaşı tutduğu vəzifədən azad edilib.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmri ilə bir sıra prokurorluq işçiləri cəzalandırılıb. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə Sumqayıt şəhər prokurorluğunun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunub O cümlədən Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib.

İstintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin gücləndiriləməsi məqsədilə baş prokuror tərəfindən bütün tabe prokurorlara konkret tapşırıqlar verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar