Prezidentlərinin görüşü mayın əvvəllərində
16 Mart 2009 Bazar Ertəsi 14:00
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində regiona səfər edəcəklər.
Bu barədə APA-ya Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi mövcud deyil, çünki həmsədrlər bu səfəri razılaşdırmalıdır. Prezidentlərin görüşünün keçiriləcəyi yerə gəldikdə, Bernar Fasie bu görüşün mayın əvvəllərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına həsr olunmuş sammiti çərçivəsində Praqada keçirilməsi variantının müzakirə olunduğunu deyib: «Prezidentlər hələlik Praqada görüşəcəklərini təsdiqləməyiblər, lakin mümkün variantlardan biri məhz budur”. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü yanvarın 28-də Sürixdə baş tutub. Fevralın sonlarında həmsədrlərin regiona səfəri zamanı prezidentlərin növbəti görüşünün təşkili razılaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar