Prezidentlər Qarabağ danışıqları ilə bağlı cəmiyyətə məlumatlar verir
21 Dekabr 2009 Bazar Ertəsi 12:45
B.Muradova zaman gələndə parlamentin toplaşacağını bildirib
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ilə bağlı hər iki ölkənin prezidenti ictimaiyyətə mütamadi məlumatlar verir”.
Bunu bu gün Bakıda keçirilən Avropa Şurasının 60 illiyi ilə bağlı konfransda iştirak edən Milli Məclisin spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, hansısa konkret varianta münasibət bildirməli zaman gəlsə, parlament toplaşacaq. Bu zaman onlar həm prezidentin nümayəndəsi, həm də xarici işlər nazirini dinləyəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: