Prezidentin Obamaya məktubunda Qarabağdan söz açılıb
07 Noyabr 2012 Çərşənbə 17:50
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sizin səylərinizə böyük ümidlər bəsləyir.
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində sizin səylərinizə böyük ümidlər bəsləyir”. Bu sözlər prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatların prezidenti Barak Obamaya ünvanladığı məktubda yer alıb. “Azərbaycan 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən sizin səylərinizə böyük ümidlər bəsləyir”, - deyə dövlət başçısının məktubunda vurğulanıb.
İlham Əliyev ümidvar olduğunu bildirib ki, Barak Obamanın növbəti prezidentliyi dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlıq daha da genişlənəcək və möhkəmlənəcək. Habelə ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcək.
DOSTLARINLA PAYLAŞ: