Prezidentin müşavirədə dedikləri Milli Məclisin də gündəmində olub
15 Fevral 2013 Cümə 15:49
Sabir Rüstəmxanlı: İcra başçılarının və bəzi məmurların insanlarla sayğısız rəftarı axırda çox ciddi problemlərə gətirir.
Milli Mclisin bu gün keçirilən növbəti plenar iclasıda prezident İlham Əliyevin son müşavirədə yerli icra strukturlarının rəhbərləri barədə dediyi tənqidi fikirlər deputatların da gündəmində olub.
Millət vəkili Sabir Rüstəmxanlı icra başçılarının davranışı ilə bağlı nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu deyib. Onun həmkarı Zahid Oruc isə bəzi məmurların istefaya getmək mədəniyyətinin olmadığını deyərək maraqlı misallar da çəkib: “Roma papası özü getdi, Almaniyalı nazir özü getdi. Bizimkilər isə kreslodan yapışıb buraxmırlar”.
Sabir Rüstəmxanlı: “İcra başçılarının və bəzi məmurların insanlarla sayğısız rəftarı axırda çox ciddi problemlərə gətirir. Hesab edirəm ki Azərbaycan Respublikasının prezidentinin sonuncu çıxışı imkan verir ki bu məsələnin üstünə daha ciddi gedilsin”.