Prezidentin mətbuat xidmətindən Virciniya adalarındakı şirkətlərlə bağlı açıqlama
05 Aprel 2013 Cümə 09:43
Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər.
Azərbaycan prezidentinin yaxın işçisi ofşor sənayesindən sızdırılan məlumatlarda İlham Əliyevin ailə üzvlərinin adının çəkilməsində qeyri-adi heç nə görmür. "Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər. Onların yaşı da, hər bir digər kriteriyalar da buna qanunla imkan verir. Yəni burda belə bir qeyri-adi heç bir şey görmürəm". “Qafqazinfo” xəbər verir ki, bu sözləri BBC Azərbaycancaya Prezidentin mətbuat katibi Azər Qasımov deyib.

Ofşor maliyyə sənayesindən sızdırılan məlumatlarda dünya boyunca minlərlə anonim var-dövlət sahibinin adları açıqlanır. Azərbaycan Prezidentinin ailə üzvləri də azı dörd ofşor şirkətdə pay sahibidir, sənədlərdə göstərilir.

Virciniya adalarında yaradılmış bu şirkətlərdən üçünün prezidentin qızları Arzu və Leylanın adına yaradıldığı qeyd olunur. Bu şirkətlərin direktorunun Azersun Holdingin rəhbəri Həsən Gözəl olduğu iddia edilir. Azersun Holdinqdən bu məlumatın "qərəzli" olduğunu deyiblər. Dörd şirkət "Onun xırdalıqları, kim orda direktordur, o birisilərdir, bu heç bir əhəmiyyət kəsb etmir."

Bu tamamilə qərəzl, qeyri-dəqiq araşdırmalara əsaslannmış materialdır informasiya yığınıdır və qeyri-dəqiq informasiya yığınlarına da açıqlama vermək niyyətində deyilik", "AzərSun" Holdingin ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov BBC Azərbaycancaya deyib.

Gizli ofşor hesabları sahibləri arasında adı çəkilən İlham Əliyev və ailəsinin dörd şirkətə - Arbor Investments, LaBelleza Holdings, Harvard Management, Rosamund International - sahib olduğu bildirilir.

Ancaq Prezidentin mətbuat katibi yeni araşdırmanı təəccüblü hesab etmir və deyir ki, prezidentin ailə üzvlərinin yaşları və "digər kriteriyalar" onlara və ailələrinin bizneslə məşğul olmaq hüquqları verir. Virciniyadakı digər müəssisə 2003-cü ildə yaradılıb və prezident və onun xanımı Mehriban Əliyeya onun sahibi kimi qeydiyyatdan keçib, sızdırılan məlumatlarda deyilir. "Yazıda göstərirsə ki, ailə üzvlərinin hansısa biznesi varsa, onlar da Azərbaycan vətəndaşlarıdır. Yaş həddi də, hüquqları da var. Onun xırdalıqları, kim orda direktordur, o birisilərdir, bu heç bir əhəmiyyət kəsb etmir", Prezidentin mətbuat katibi Azər Qasımov deyib.

Azersun Holdinqin sözçüsü isə xarici ölkələrdə Azərbaycandakı Mətbuat Şurasından olmadığına təəssüfləndiyini bildirib. "Mən təəssüf edirəm ki, Mətbuat Şurasının rekert jurnalistikaya qarşı mübarizə aparmağına baxmayaraq, onların səlahiyyətləri Azərbaycandan kənarda tanınmır", Afiq Səfərov BBC Azərbaycancaya deyib.

"Kaş ki, dünyada buna oxşar belə bir qurum olardı və beynəlxalq rekert jurnalistləri fəaliyyətinə qiymət verərdi", o təəssüflə əlavə edib. 32 trilyon dollar İngiltərədə dərc olunan Guardian qəzeti yazır ki, "prezidentlərdən plutokratlara, məhşur diktatorun qızına və keçmiş arvadından sərvət oğurlamaqda ittiham olunan Britaniyalı milyarderə qədər" bu adlar 2 milyon email və digər sənədlərin sızdırılmasından sonra ilk dəfə açıqlanır.

Sənədlər əsas ofşor məskəni sayılan Britaniya Virciniya adalarından sızdırılıb. McKinsey şirkətindən keçmiş baş iqtisadçının hesablamalarına görə, dünyanın varlı şəxsləri ofşor sığınacaqlarda 32 trilyon dollar saxlayırlar. Guardian qəzeti yazır ki, yeni araşdırma adları çəkilən varlı şəxslərin etimadına zərbə ola bilər. Çünki onlar sərvətlərini "hökumətlərdən və qonşularından" gizli saxlaya biləcəklərinə artıq əmin deyillər.

Araşdırmanı Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) Guardian qəzeti və digər beynəlxalq media ilə birlikdə aparıb. Azərbaycana dair araşdırmanın aparılmasında jurnalist Xədicə İsmayıl və adını təhlükəsizlik səbəblərindən gizli saxlayan digər bir azərbaycanlı jurnalist əməkdaşlıq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar