Prezidentİlham Əliyev Rusiyaya yola düşüb
27 Oktyabr 2010 Çərşənbə 11:40
Prezident İlham Əliyev Rusiyaya yola düşüb. Səfərdə məqsəd üçtərəfli görüşdə iştirak etməkdir.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.
Qeyd edək ki, səfərdə məqsəd Rusiya prezidenti Dmitri Medvedevin təşkilatçılığı ilə federasiyanın Həştərxan vilayətində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsidir. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: