Prezidenti İlham Əliyev vəliəhd Əbdüləziz Al Səudun vəfatına görə başsağlığı verib
18 İyun 2012 Bazar Ertəsi 00:49
Prezident məktubla verdiyi başsağlığını Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda qardaşı Vəliəhd Nayif bin Əbdüləziz Al Səudun vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Əlahəzrət, əziz qardaşım, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini və daxili işlər naziri, görkəmli dövlət xadimi, qardaşınız Nayif bin Əbdüləziz Al Səudun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, bütün ailənizə, qardaş Səudiyyə Ərəbistanı xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Prezident İlham Əliyev məktubunda mərhuma Allahdan rəhmət diləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar