Prezident Şəmkirə 3 milyon manat ayırıb
27 Fevral 2012 Bazar Ertəsi 19:44
Vəsait 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Kür qəsəbəsi avtomobil yolunun tikintisinə yönələcək.
Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 12 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Kür qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Şəmkir rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar