Prezident Qətər Vəliəhdi və Əmirini təbrik edib
17 Dekabr 2011 Şənbə 17:20
İlham Əliyev: “Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qətər Dövlətinin Vəliəhdi Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə məktub göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
“Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı və möhkəmlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza sülh və tərəqqi arzulayıram”.
Prezident həmçinin Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al Taniyə də təbrik məktubu göndərib.
“Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Əminəm ki, bu ənənələri daim yaşatmaq, əlaqələrimizi hərtərəfli genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına əmin-amanlıq və rifah diləyirəm”, deyə təbrik məktubunda deyilir.
DOSTLARINLA PAYLAŞ: