Prezident motorlu qayıqda Kür çayını gəzdi
14 Oktyabr 2010 Cümə Axşamı 13:15
İlham Əliyev "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzdə yaradılmış şəraitlə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov dövlətn başçısına məlumat verib ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.

İlham Əliyev hələ 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş “Kür” avarçəkmə bazasında da olaraq, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanılıb. Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.

Bazanın ərazisində abadlıq işləri aparılmış və istirahət guşələri yaradılıb. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası keçirilir. Prezident İlham Əliyev hovuza, idman zalına, anqara, hakimlər qülləsinə, mehmanxanaya baxıb, motorlu qayıqda Kür çayının bu hissəsini gəzib. Sonra dövlət başçısı idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar