Prezident korupsiya və rüşvətxorliğa qarşə yeni mübarizə metodlarını açıqladı
13 İyul 2011 Çərşənbə 00:40
Çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq.
“Ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur”. Bunu Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə çox təsirli addımlar atılıb: “Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda, institusional metodlardan da istifadə etməliyik. Mənim tərəfimdən imzalanmış bəzi sərəncamlar məhz bu məqsədi güdür. Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaq. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi Sərəncamda bütün bu məsələlər göstərilib. Hər bir nazirlik və dövlət qurumu həmin Sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu Sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır. Korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır”.

Dövlət başçısı bildirib ki, həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülüb, kreditlər verilib. Onun sözlərinə görə, nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilib: “İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək”. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar