Prezident İlham Əliyevin Rusiyaya səfəri başa çatdı
21 Dekabr 2011 Çərşənbə 00:04
Az'rbaycan prezidenti MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. AzərTAc-ın məlumatına görə, Moskvanın Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Azərbaycan Prezidenti İlham Əliyev ötən axşam Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskvada, Böyük Kreml sarayında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev və MDB-nin üzvü olan digər ölkələrin dövlət başçıları sammitdə çıxış ediblər.

İclasın yekunlarına dair Birgə Bəyanat qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar