Prezident İlham Əliyev Xızıya səfər edib
19 İyul 2011 Çərşənbə Axşamı 14:27
Prezident İlham Əliyev Xızıya səfər edib. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışını edib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna səfər edib.
Dövlət başçısı Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, gül dəstəsi qoyub.
Prezidentə parkda görülmüş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospektində yerləşən parkda yaşıllıqlar salınıb, 6 mindən çox dekorativ kol və ağac əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, bayraq meydanı yaradılıb. Parkda sakinlərin istirahəti üçün hər cür şərait var. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub. Budirilib ki, mərkəzin tikintisinə bu ilin mayında başlanılıb. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılıb, ulu öndərin büstü qoyulub.
Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqları var. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılıb.

İ.Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar