Prezident İlham Əliyev Romaya yola düşüb
01 İyun 2011 Çərşənbə 23:45
Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının prezidenti Ciorcio Napolitanoya məktub göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, İlham Əliyev italiyalı həmkarını ölkəsinin Milli bayramı münasibəti ilə təbrik edib. “Hörmətli cənab Prezident, Ölkənizin Milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin hərtərəfli genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına sülh və rifah diləyirəm”, - deyə prezidentin təbrik məktubunda qeyd olunur.

Onu da bildirək ki, bu gün prezident İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Romaya yola düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar