Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib
21 Aprel 2012 Şənbə 13:40
Dövlət başçısı təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Asif Əli Zərdariyə baçsağlığı verib. Dövlət başçısı İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndiyini bildirib.
"Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".
DOSTLARINLA PAYLAŞ: