Prezident İlham Əliyev Moldovanın dövlət başçısı ilə görüşüb
16 May 2012 Çərşənbə 12:02
Görüşdə münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Ötən gün Moskvada olan Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timofti ilə görüşüb.
Əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluğun ifadə olunduğu görüşdə dövlət başçıları Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd ediblər.
Görüşdə ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar