Prezident İlham Əliyev Estoniya parlamentinin sədrinin qəbul edib
28 İyun 2012 Cümə Axşamı 14:21
Görüşdə əməkdaşlığının perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirilməsi, ölkələrimizin, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: