Prezident İlham Əliyev cəbhədə
06 Avqust 2014 Çərşənbə 17:19
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, Qarabağ müxbiri xəbər verir ki, dövlət başçısı Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə gəlib, yerli sakinlərlə görüşüb.
Ali Baş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.
Dövlət başçısı səfər çərçivəsində İmamqulubəyli kəndində Ağdam, Xocalı və Şuşadan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında da iştirak edib.
DOSTLARINLA PAYLAŞ: