Prezident İlham Əliyev Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb
15 Fevral 2012 Çərşənbə 01:58
Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikasının rrezidenti İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşüb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirilib.
Ötən həftə Avropa Xalq Partiyası tərəfindən Avropa Parlamentində təşkil edilmiş “Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransın əhəmiyyəti qeyd edilib.
Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: