Prezident 2012-ci ilin dövlət büdcəsini təsdiqləyib
20 Dekabr 2011 Çərşənbə Axşamı 16:24
Büdcənin gəlirləri 16,438 milyon manat, xərcləri isə 17,072 milyon manat nəzərdə tutulub
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanunu, eyni zamanda, bu qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. ANS PRESS-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun və onun tətbiqi ilə bağlı fərman 2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 16,438 milyon manat, xərcləri isə 17,072 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 15 938 610,5 min manat, yerli gəlirlər 499 389,5 min manat və mərkəzləşdirilmiş xərclər 15 779 160,0 min manat, yerli xərclər 1 292 840,0 min manat) məbləğində təsdiq edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar