Postsovet məkanında ən rüşvətxor ölkə hansıdır?
17 Noyabr 2009 Çərşənbə Axşamı 19:15
Özbəkistan keçmiş SSRİ respublikaları arasında ən rüşvətxor ölkə sayılır
Beynəlxalq korrupsiya əleyhinə "İnternational Transparency" mərkəzi keçmiş SSRİ respublikaları arasında rüşvətxorluğun səviyyəsini müəyyən etmək qərarına gəlib. Müvafiq siyahıda Özbəkistan lider olub. Daha az korrupsiya müşahidə olunan ölkələr arasında isə Latviya, Litva və Estoniya yer alıb.
Qeyd edək ki, rüşvətxorluğun səviyyəsi 10 ballıq şkalaya əsasən qiymətləndirilib. Belə ki, bal yüksək olduqca korrupsiyanın səviyyəsi aşağı enir. Araşdırmanın nəticələrinə əsasən Gürcüstanda inkişaf hiss olunub. Qonşu ölkə 3,9 baldan 4,1 bala yüksəlib.
Azərbaycanda isə bu göstərici 1,9 baldan 2,4 bala qalxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: