Polşa prezidenti Bronislav Komorovski Azərbaycanda rəsmi səfərdədir
25 İyul 2011 Bazar Ertəsi 03:04
Komorovskini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Polşa Prezidenti Bronislav Komorovskini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Bronislav Komorovski və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: