Polşa prezidenti Bronislav Komarovski Azərbaycana gələcək
    16 May 2011 Bazar Ertəsi 14:18
    Səfər Polşa prezidenti Bronislav Komarovskinin Cənubi Qafqaz turnesi çərçivəsində iyul ayında gerçəkləşəcək.
    
                	 
    
         Polşa prezidenti Bronislav Komarovski Cənubi Qafqaz bölgəsinə səfər edəcək. APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, səfər iyul ayının ikinci həftəsinə planlaşdırılıb. Polşa prezidenti səfər çərçivəsində hər üç Cənubi Qafqaz respublikasında, o cümlədən Azərbaycanda olacaq. 
Səfər zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə ediləcək. APA
DOSTLARINLA PAYLAŞ: