Polşa Baş nazirinin müavini Azərbaycana gələcək
15 Noyabr 2010 Bazar Ertəsi 09:35
Səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair məsələlər müzakirə ediləcək
Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının dördüncü iclası keçiriləcək. İclas noyabrın 24-də başlayacaq. Polşa Baş nazirinin müavini, hökumətlərarası komissiyanın bu ölkə tərəfindən sədri Valdemar Pavlakın rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana gələcək.
İclasda Azərbaycan ilə Polşa arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələlər, o cümlədən “Sarmatiya” layihəsinin həyata keçirilməsi müzakirə olunacaq.
DOSTLARINLA PAYLAŞ: