Planetimiz meteorit yağışına məruz qalacaq
03 Mart 2014 Bazar Ertəsi 08:07
Astronomların sözlərinə görə, meteorit yağışı may ayının 24-nə təsadüf edəcək.
Planetimiz meteorit yağışının episentrində olacaq. ANS PRESS-in məlumatına görə, alimlər proqnoz verir ki, yazda Yer kürəsi güclü meteor axınına məriz qalacaq. Astronomların sözlərinə görə, meteorit yağışı may ayının 24-nə təsadüf edəcək.
Bu gün, proqnozlara görə, meteorit yağışı o qədər intensiv ola bilər ki, saatda yüzlərlə kosmik hissənin enişi müşahidə edilə bilər. Bu meteoritlər “LİNAR” kometinin hissəcikləri olacaq.Ehtimal olunur ki, meteorit yağışının mərkəzində Şimali Amerika olacaq.
Xatırladaq ki, yanvar ayında alimlər xəbər vermişdilər ki, yer üzünü “İSON” kometinin tozları örtəcək. Bu hadisə Şimali və Cənubi Amerika üzərində gümüşü buludlar yarada bilərdi.
DOSTLARINLA PAYLAŞ: