PKK neft borusunu bombalayıb
04 İyul 2010 Bazar 13:40
PKK neft borusunu bombalayıb. Şırnak əyalətində hərbi bölməyə hücum olub.
Türkiyənin Şırnak əyalətində Beytüşşebah qəsəbəsində bir qrup silahlı şəxs hərbi bölməyə hücum edib. Təhlükəsizlik qüvvələrinin terrorçulara cavab verməsi nəticəsində atışma yaranıb. PKK silahlılarının müxtəlif nöqtələrdən hərbçiləri atəşə tutması təqribən 1,5 saat davam edib. Atışma nəticəsində yaralananların olduğu bildirilir. Atışmadan sonra əraziyə sərhəd kommandanlığı tərəfindən bir neçə hərbi helikopter gönədərilib. Hazırda bölgədə anti-terror əməliyyatlarının aparıldığı bildirilir.

PKK terrorçuları neft boru xəttini də bombalayıblar. Şırnak əyalətinin İdil və Mardin-Midyat qəsəbələrində BOTAŞ boru xəttinə hücum edilib. Partalyışdan dərhal sonra yanğın baş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar