Piyadalar üçün təhlükəsizlik yastığı olan avtomobil
09 İyun 2012 Şənbə 06:20
“Piyadaları qoruyan təhlükəsizlik yastığına sahib avtomobil istehsal etdiyimiz üçün fəxr edirik”.
“Volvo Car” korporasiyası avtomobil dünyasında ilk dəfə olaraq piyadaları qəzalardan qoruyacaq təhlükəsizlik yastığı olan maşın istehsalına başlayıb. Şirkət Çində qəzalarda ölənlərin 25, Avropada 14, ABŞ-da isə 12 faizinin piyadalar olduğunu açıqlayıb. Bundan daha çox insanın qəzalarda yaralandığını deyən “Volvo” rəsmiləri ən ağır xəsarətlərin kuzovun alt hissəsinə, qabaq şüşənin alt küncünə və “A” sütunlarına çırpılma nəticəsində meydana gəldiyini bildirib.

Texniki təhlükəsizlik üzrə müşavir Tomas Broberq ilk belə addımı atan şirkət olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini deyib. “Piyadaları qoruyan təhlükəsizlik yastığına sahib avtomobil istehsal etdiyimiz üçün fəxr edirik. Bu yastığın məqsədi piyadaların ən çox xəsarət aldığı kuzov, şüşə silənlərin olduğu hissə və “A” sütununa çırpıldığı vaxt onları qorumaqdır”.

Broberq, qabaq hissədə olan 7 ədəd sensorun siqnalları nəzarət mərkəzinə çatdırdığını, avtomobil bir şeyə toxunduğu vaxt siqnalların dəyişildiyini, nəzarət mərkəzinin siqnalları yoxladığını və insan bədəni hiss etdiyi vaxt yastığın açıldığını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar