Pil-Bae Sonq ilk dəfə olaraq Bakıya gələcək
09 Dekabr 2009 Çərşənbə 17:25
Asiya İnkişaf Bankı Azərbaycanla energetika sahəsində əməkdaşlıq edəcək
Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti arasında energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədi ilə qurumun Mərkəzi və Qərbi Asiya Departamenti Energetika və Təbii Sərvətlər şöbəsinin direktoru Pil-Bae Sonq dekabrın 14-dən 18-dək Azərbaycanda səfərdə olacaq.
AİB-in Bakı nümayəndəliyindən verilən məlumata görə, səfər zamanı "Cənub" İstilik Elektrik Stansiyası layihəsi üzrə AİB tərəfindən maliyyə zəmanətinin hazırlanması prosesi və hazırda icrada olan layihələr-Mingəçevir-Bakı yüksəkgərginlikli elektrik magistral ötürücü xəttinin yenidən qurulması məsələləri müzakirə olunacaq. Həmçinin elektrik enerjisinin paylanması sektorunun qiymətləndirilməsi və inkişaf planının hazırlanması barədə müvafiq hökumət qurumları ilə fikir mübadiləsinin aparılması nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: