Pensiyaçılar Novruz bayramından əvvəl pensiyalarını ala biləcək
16 Mart 2012 Cümə 16:35
Səlim Müslümov: “Bunun üçün artıq bütün lazımi işlər görülüb”.
Azərbaycanda pensiyaçılar Novruz bayramından əvvəl pensiyalarını ala biləcək. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bunun üçün artıq bütün lazımi işlər görülüb: “179 milyon manat həcmində vəsait Fond tərəfindən köçürülüb, qalan təxminən 18 milyon manatın da yaxın vaxtlarda köçürülməsi planlaşdırılır”.

Fond sədri bildirib ki, bazar ertəsi artıq yerli şöbələrin xəzinə hesablarından həmin vəsait birbaşa pensiyaçıların bank hesablarına otuzdurulacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar