Paytaxtın qaz sərfiyyatı maksimum həddə çatıb
28 Yanvar 2012 Şənbə 18:17
“Azəriqaz” rəsmisi: “Bu gün bizim magistral xətlərimizlə Bakını qazla tam təmin etmək iqtidarındayıq”.
Soyuq hava şəraiti ilə bağlı paytaxtda qaz sərfiyyatı ötən günlərlə müqayisədə bu gün maksimum həddə çatıb. Bu gün bu rəqəm 14 milyon 850 kub metr təşkil edib.
“Azəriqaz” bəyan edir ki, soyuq hava şəraiti ilə əlaqədar qaz istifadəsi artsa da, qurum tələbatı lazımi səviyyədə ödəməyə hazırdır.
“Azəriqaz” İstehsalat Birliyinin vitse-prezidenti Nazim Səmədzadənin sözlərinə görə, artıq 2 gün bundan əvvəl bu rəqəm 22 milyon 900 minə çatmışdır: “Bu gün isə biz 24 milyon kubmetr qazı əhaliyə yönəldirik. Çalışrıq ki, bu gün əhalinin tələbatını tam şəkildə bağlayaq”.
İdarə rəsmisi bildirib ki, Abşerona isə bu gün 14 miylon 800 min qaz verilir: “Tarixdə belə bir rəqəm olmayıb ki, biz Bakı şəhərini belə həcmli qazla təmin edək. 2 gün qabaq 13 milyon kubmetroldu, həftənin əvvəlində isə bu rəqəm 13 milyondan bir qədər az olub. Həftənin əvvəlinə nisbətdə bir milyon kbmetrdən artıq qaz sərfiyyatı artılırıb”.
O vurğulayıb ki, yeraltı qaz anbarlarından “Azəri-Çıraq-Günəşh” yataqlarından qazın Bakıya ötrülməsində heç bir problem yoxdur: “Bu gün bizim magistral xətlərimiz ilə Bakını qazla tam təmin etmək iqtidarındayıq”.
DOSTLARINLA PAYLAŞ: