Patriarx Kirill Təzəpir məscid kompleksində olub
25 Aprel 2010 Bazar 20:00
Rus pravoslav kilsəsinin başçısı QMİ-nin 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxanası ilə tanış olub.
Aprelin 25-də Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksində olub. Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılayıb. Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksi ilə tanış olub.

Məlumat verilib ki, prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən bərpa və yenidənqurma işləri zamanı Təzəpir məscidi ilkin görkəminə qaytarılıb, əzəli memarlığına xələl gətirməyən elementlər əlavə edilib. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.

Bildirilib ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.

Rus pravoslav kilsəsinin başçısı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakı İslam Universitetinin tələbələri qarşısında çıxış edib. Moskva və Bütün Rusiyanın patriarxı Kirill kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxanası ilə də tanış olub.

Patriarx Kirill burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxıb, xatirə kitabına ürək sözlərini yazıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar