Partiya liderləri aksiyada niyə iştirak etmədilər?
02 Aprel 2011 Şənbə 19:12
Amma buna baxmayaraq onların hər biri aksiyanı baş tutmuş saydıqlarını bildiriblər.
Bu gün İctimai Palatanın (İP) Bakı şəhərinin mərkəzində təyin olunmuş etiraz aksiyasında Palataya daxil olan partiyaların liderləri iştirak etməyiblər.
Müsavat Partiyasından bildirilib ki, partiya başqanı İsa Qəmbərin aksiyada iştirak etməyəcəyi əvvəlcədən planlaşdırılıb: “İsa bəyə qarşı təxribat törədilməsi ehtimalı var idi. Bu səbəbdən də o, aksiyaya qatılmadı”.
AXCP sədri Əli Kərimli də aksiyaya qatılmayıb. Partiyadan bildirilib ki, bunun səbəbi ilə bağlı açıqlama veriləcək.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da bu keçirilən aksiyada iştirak etməyib. Partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib ki, növbəti analoji aksiyalarda M. Mirəlioğlu özü şəxsən iştirak edəcək.
AMİP sədri Yusif Bağırzadə də aksiyaya qatılmayıb. Partiyanın baş katibi Arzuxan Əlizadə bildirib ki, İP-də partiya liderlərinin aksiyada iştirak etməməsinə qərar verilib.
Qeyd edək ki, İ. Qəmbər, Ə. Kərimli və Y. Bağırzadə aksiyanı baş tutmuş saydıqlarını bildiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: