Parlament seçkilərini 18 700 müşahidəçi izləyəcək
22 Oktyabr 2010 Cümə 20:15
"Reuters", "İhlas", İTAR-TASS və TRT telekanalı qeydiyyatdan keçib.
Noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı 18 700 nəfərə çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, müşahidəçilərin 1655 nəfəri MSK-da qeyə alınıb. Onlar bütün ölkə üzrə seçki prosesini izləmək səlahiyyətlərinə malikdir. Digər 16415 müşahidəçi isə ancaq DSK-lar çərçivəsində seçkini müşahidə edə bilər.

Həmçinin M.Pənahov bildirib ki, seçkini izləmək üçün 125 dairə üzrə 42 ölkədən 577 beynəlxalq müşahidəçi qeydə alınıb. MSK sədri onu da qeyd edib ki, parlament seçkilərini izləmək üçün “Reuters”, “İhlas”, İTAR-TASS kimi xəbər agentlikləri və TRT telekanalı qeydiyyatdan keçib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar