Parisdə Qarabağla bağlı müzakirələr aparılıb
30 İyul 2012 Bazar Ertəsi 19:36
Elmar Məmmədyarov fransalı həmkarı ilə görüş keçirib.
Parisdə Fransanın xarici işlər naziri Loran Fabius və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Görüşdə ikitərəfli siyasi-iqtisadi əlaqələr, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. XİN-in görüşlə bağlı daha geniş açıqlama yayacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: