Pakistanda Azərbaycanın Ordu günü qeyd olunub
26 İyun 2010 Şənbə 14:15
Azərbaycanın bu ölkədəki səfirlində təşkil olunan tədbirə 100-dən artıq qonaq qatılıb.
Ölkəmizin Pakistandakı səfirliyi və hərbi attaşe aparatı iyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə İslamabadın “Marroit” mehmanxanasında təntənəli mərasim keçirib.
Pakistandakı səfirliyimizin mətbuat xidmətindən ANSPRESS-ə daxil olan məlumata görə, mərasimdə Pakistan ordusunun 20-yə yaxın ali rütbəli general və admiralları, hökümət rəsmiləri, bütün qoşun növlərinin təmsilçiləri, bu ölkdə fəaliyyət göstərən səfirlik və nümayindəliklərin rəhbərləri, hərbi attaşelər, tanınmış ziyalılar, mətbuat nümayəndələri və Pakistanda təhsil alan Silahlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib. Tədbirə ümumilikdə yüz nəfərdən artıq qonaq qatılıb.
Tədbir zamanı Silahlı Qüvvələrimiz haqqında videoçarx nümayiş olunub, hərbi orkestrin marşları və Azərbaycan musiqisindən nümunələr səsləndirilib. İştirakçılara Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinə dair broşurlar və Pakistanın ingilis dilində nəşr edilən “Daily İttehad” qəzetinin “Şanlı, peşəkar və mükəmməl təchiz olunmuş Azərbaycan Silahlı Qüvvələri” başlıqlı xüsusi buraxılışı təqdim edilib.
Mərasimdə ali qonaq qismində iştirak edən Pakistan Quru Qoşunlarının Rabitə və İnformasiya Texnoloqiyaları üzrə Ordu Komandanının müavini general-leytenant Tənvir Tahir Sialhlı Qüvvələr Günü münasibətilə xoş arzularını çatdırıb, bayram münasibətilə Azərbaycan Silahl Qüvəllərinin rəhbərliyini və şəxsi heyətini təbrik edib. Ali qonaq Azərbaycan-Pakistan arasında mövcud hərbi əməkdaşlığın səviyyəsindən məmunuluğunu da dilə gətirib, bu əlaqələrin daha da genişləndirməsinin və yeni əməkdaşlıq sahələri üzrə birgə fəaliyyətin zəruriliyini vurğulayıb.
Həmçinin Pakistanın ingilisdilli və urdudilli aparıcı qəzetləri və elektron mediada Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş materiallara yer verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: