Pakistana yardımı İslam Konfransi Təşkilatının iclasında müzakirə olunub
21 Avqust 2010 Şənbə 04:45
Təşkilat yardımları gücləndirmək barədə qərar qəbul edib.
İslam Konfransı Təşkilatının (İKT) Daimi Təmsilçilər Şurası Pakistanda seldən zərər çəkmiş əhaliyə göstərilən yardımların gücləndirilməsi yollarını müzakirə edib.

Qeyd edək ki, indiyədək İslam İnkişaf Bankında açılmış xüsusi hesaba 11,2 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb, ayrı-ayrı dövlətlər tərəfindən birbaşa yardımlar göstərilib.

Pakistana yardımı gücləndirmək məqsədi ilə təşkilata üzv dövlətlərə müraciət edilməsi və bankda açılmış hesab nömrəsi barədə geniş məlumat yayılması istiqamətində qərar qəbul edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar