Özbəkistanın Azərbaycandakı səfirliyinin saytı dağıdıldı
01 Fevral 2013 Cümə 00:30
Sayta Özbəkistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması barədə xəbər yerləşdirilib.
Özbəkistanın Azərbaycandakı səfirliyinin saytına haker hücumu olub. Azxeber.com-un məlumatına görə, hakerlər saytda Özbəkistan Respublikasının qondarma Dağlıq Qarabağ Respublikasını tanıması haqda məlumat yerləşdirilib.

Buna sevinən ermənilər “Facebook” sosial şəbəkəsində Özbəkistana təşəkkür səhifəsi də açıblar. Səhifə “Thank you Uzbekistan for recognizing Nagorno-Karabagh” (“Dağlıq Qarabağ Respublikasını tanıdığın üçün təşəkkürlər, Özbəkistan”) adlanıb və qısa zamanda 200 nəfər tərəfindən bəyənilib.

Məsələdən agah olan Özbəkistan səfirliyi isə dərhal saytın fəaliyyətini dayandırıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar