Övladlarının hansı hərbi hissəyə düşdüyünü öyrənmək istəyənlərin nəzərinə!
05 Oktyabr 2012 Cümə 17:14
Çağırışçıların hərbi hissələrə bölüşdürülməsi prossesi başa çatıb.
Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb. Siyahılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərilib. Müdafiə nazirliyinin mətbuat xidmətindən AN SPRESS-ə verilən məlumata görə, valideyinlər öz övladlarının hansı hərbi hissələrə düşdükləri barədə məlumatları həmin şöbələrdən öyrənə bilərlər.
Əlavə məlumat almaq istəyənlərdən Müdafiə Nazirliyinin aşağıdakı qaynar xəttinə zəng etmələri xahiş olunur.
539-23-55
539-61-10
539-90-28
DOSTLARINLA PAYLAŞ: