Övladlarına qarşı zorakılıq hərəkətləri törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər
24 İyun 2011 Cümə 13:10
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul edilib. Artıq övladlarına qarşı zorakılıq hərəkətləri törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər.
APA-nın xəbərinə görə, dəyişikliyə əsasən övladlarına qarşı zorakılıq hərəkətləri törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər.
MM, həmçinin "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik edilməsi barədə layihəni təsdiqləyib. Bu qanuna edilən dəyişikliyə əsasən məişət zorakılığına məruz qalan şəxslərin dövlət səhiyyə sistemi müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunmaları nəzərdə tutulur. APA
DOSTLARINLA PAYLAŞ: