Övladı hərbi çağırışçı olan valideynlərin nəzərinə
30 Dekabr 2012 Bazar 14:11
Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb.
Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, siyahılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərilib. Valideyinlər öz övladlarının hansı hərbi hissələrə düşdükləri barədə məlumatları həmin şöbələrdən öyrənə bilərlər.
DOSTLARINLA PAYLAŞ: