Ötən il hansı broker şirkəti lider oldu?
02 Fevral 2012 Cümə Axşamı 18:05
Azərbaycan qiymətli kağızlar bazarında broker xidmətləri göstərmiş şirkətlərin renkinqi açıqlanıb.
Ötən il dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Caspian Financial ltd" başçılıq edib.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, şirkət ümumi dəyəri 291.206.229,28 manat olan broker xidmətləri göstərib. İkinci yeri isə ümumi həcmi 222.692.803,85 manat olan broker xidmətləri göstərmiş "Respublika İnvest" tutmuşdur. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 114.744.600,43 manatla "Çelsi Kapital" qərarlaşıb.
2011-ci il üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi
2011 2010
1 (-) 1 "Caspian Financial ltd" MMC 291 206 229,28 180 000 064,75
2 (-) 2 "Respublika İnvest" MMC 222 692 803,85 165 959 437,21
3 (▲) 5 "Çelsi Kapital" MMC 114 744 600,43 82 453 252,75
4 (▲) 9 "Yapi Kredi İnvest" MMC 112 829 410,16 12 780 386,02
5 (▼) 4 "Brokdil-Az" MMC 99 710 061,97 93 094 739,66
6 (▼) 3 "BoB Broker" MMC 92 442 451,34 123 457 729,45
7 (-) 7 "Texnika Kapital Menecment" 37 613 021,29 21 708 074,31
8 (-) 8 "Standard Kapital" MMC 4 944 509,96 19 807 632,31
9 (▼) 6 "Unicapital" ASC 1 398 934,57 35 202 712,01
10 (-) - "ADB-Broker" MMC 158 868,03 0,00
DOSTLARINLA PAYLAŞ: