Orxan Zeynalovun işi üzrə istintaq başa çatdı
25 Mart 2014 Çərşənbə Axşamı 20:40
Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı qaldırılmış cinayət işi üzrə istintaq başa çatıb.
Moskva sakini Yeqor Şerbakovun ölümündə günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı qaldırılmış cinayət işi üzrə istintaq başa çatıb.
ANS PRESS-in məlumatına görə, hazırda Orxan Zeynalov və onun vəkili cinayət işinin sənədləri ilə tanış olmağa başlayıblar.
Qeyd edək ki, 25 yaşlı Yeqor Şerbakov 2013-cü il oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda öldürülmüşdü. Daha sonra bildirildi ki, qatil Qafqaz əsilli ola bilər. Bundan sonra yerli sakinlər küçələrə çıxdılar, nəticədə polislə toqquşmalar, yerli tərəvəz bazasında talanlar və s. baş verdi.
Oktyabrın 15-də Azərbaycanın Şəmkir rayonunun sakini Orxan Zeynalov qətldə şübhəli bilinərək tutuldu. Daha sonra Rusiya hakimiyyəti miqrantlara qarşı sərt tədbirlərə başladı.
DOSTLARINLA PAYLAŞ: