Ordumuzun qəfil zərbəsi: 40 erməni hərbçisi məhv edilib
03 Avqust 2014 Bazar 16:02
Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər.
Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub.

Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşına verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar.

Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar