Ordumuzun iki əsgəri şəhid olub
01 Sentyabr 2010 Çərşənbə 11:00
Düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.
Dünən saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu zaman şiddətli atışmalar baş verib.

Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.

Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991 İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991 Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar