Ordumuz dörd istiqamətdə atəşə tutulub
19 Sentyabr 2009 Şənbə 09:55
Bütün hallarda düşmən cavab atəşilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 18-də atəşkəs rejimini bir necə istiqamətdə pozub. Erməni ordusu saat 17.48-dən 18.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 18.20-dən 18.40-dək Goranboy rayonunun Gülüstan kəndi, saat 19.15-dən 19.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 20.15-dən 20.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar