Ordumuz daha bir əsgər şəhid verdi - Sahil Tərlanlı
06 Avqust 2014 Çərşənbə 10:41
1996-cı il təvəllüdlü Sahil Tərlanlı açılan atəş nəticəsində şəhid olub.
Bu gün səhər saatlarda cəbhədə ermənilər Azərbaycan Ordusunun daha bir əsgərini şəhid edib. ANS PRESS-in məlumatına görə, əsgər Ağdam rayonunda dünyasını dəyişib.

Verilən məlumata görə, 1996-cı il təvəllüdlü Sahil Yaşar oğlu Tərlanlı açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, Sahil Tərlanlı Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı ANS PRESS-ə təsdiqləyib.
Hərbi prokuroroluq tərəfindən cinayət işi başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar