Ombudsman Elmira Süleymanova Biləsuvarda olub
15 Avqust 2010 Bazar 18:50
Elmira Süleymanova Mübariz İbrahimovun ailəsinə baş çəkib.
Ombudsman Elmira Süleymanova meyiti hələ də erməni tərəfində qalan şəhidimiz, Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib. Ombudsman şəhid ailəsini dövlət tərəfindən görülən işlər barəsində məlumatlandırıb və belə bir qəhrəman övlad böyüdən valideynələrlə qürür duyduğunu deyib, onlara təskinlik verib.

Milli Qəhrəmanın böyüyüb-başa çatdığı evi ziyarət etdikdən sonra ombudsman Biləsuvardakı Milli Qəhrəmanın adını dayışan liseyə gəlib. O özü ilə gətirdiyi Mübariz İbrahimovun xatirə lövhəsini məktəbə bağışlayıb. Keçirilən tədbirdə şəhid hərbiçimizin keçdiyi döyüş yolundan bəhs olunub, onun göstərdiyi qəhrəmanlığın bütün gənclərə layiqli örnək olduğu vurğulanıb.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar