Okeanın o tayından Türkiyəyə xəbərdarlıq
22 Oktyabr 2010 Cümə 21:15
Okeanın o tayından Türkiyəyə xəbərdarlıq. Vaşinqton Ankaranı şantaj edir.
Birləşmiş Ştatlar Türkiyəni hədələyir. Belə ki, Türkiyə öz ərazisində raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə icazə verməsə, ABŞ qondarma "erməni soyqırımı"nı tanıyacaq. “Hürriyet Daily News” qəzeti yazır ki, Vaşinqton Ankaraya İran-Türkiyə, İsrail-Türkiyə münasibətləri, eləcə də RƏM elementlərinin yerləşdirilməsi prizmasından Türkiyə-Amerika münasibətlərini nəzərdən keçirməsini təklif edib.
KİV-in yazdığına görə, bu məsələlərlə bağlı Türkiyə mütləq qərar qəbul etməlidir, əks halda Konqres tərəfindən “erməni soyqırımı”nın tanınması Türkiyənin təəccübünə səbəb olmamalıdır.
Qeyd edək ki, ABŞ Türkiyəyə raket əleyhinə müdafiə sistemi elementlərinin yerləşdirilməsini təklif edib, lakin rəsmi Ankara hələlik heç bir rəsmi cavab verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: