Obamanın Liviyadakı vəziyyətlə bağlı rəsmi mövqeyi
24 Fevral 2011 Cümə Axşamı 03:21
Misir və Tunisdə olduğu kimi demokratiyaya dinc keçid reallaşdırılmalıdır
ABŞ prezidenti Barak Obama Liviyadakı vəziyyətlə bağlı xüsusi bəyanatla çıxış edib. Birləşmiş Ştatlar prezidentinin bəyanatı dünya telekanalları tərəfindən canlı yayımlanıb.

“ABŞ Liviyadakı vəziyyətdən sadəcə narahad deyil… Biz yaxın vaxtlarda müttəfiqlərimizlə bu ölkədəki vəziyyətlə bağlı məsləhətləşmələr keçirmək niyyətindəyik”, - deyə Barak Obama bildirib. O, bəyan edib ki, öz administrasiyasına Liviya hakimiyyətinə qarşı bütün mümkün tədbirləri nəzərdə keçirsin. “Misir və Tunisdə olduğu kimi demokratiyaya dinc keçid reallaşdırılmalıdır”, - Barak Obama əlavə edib.

“Söhbət insan hüquqlarından gedir. Burada müzakirə olunası heç nə yoxdur. Dünya ictimaiyyətinin bir səslə baş verənlərə cavab verməsi vacibdir”, - deyə Birləşmiş Ştatlar prezidenti bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar